Londonda 8 qol, Ronaldodan het-trik, Fransadan darmadağın - VİDEO

Londonda 8 qol, Ronaldodan het-trik, Fransadan darmadağın - VİDEO

Bu gün AVRO-2020-nin seçmə qrup mərhələsində 6-cı tura yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, turun son oyun günündə 7 qarşılaşma keçirilib.

Maraqlı qarşılaşmalardan biri Londonda baş tutub. İngiltərə Kosovo üzərinə 5:3 hesablı qələbə qazanıb. Kriştiano Ronaldonun het-trik etdiyi görüşdə Portuqaliya Litvanı məğlubiyyətə uğradıb - 5:1.

AVRO-2020-nin seçmə mərhələsi

VI tur

10 sentyabr

A qrupu

Monteneqro – Çexiya 0:3
Qol: Suçek, 54. Masopust, 58. Darida, 90+5-pen.

İngiltərə - Kosovo 5:3
Qol: Sterlinq, 8. H.Keyn, 19. Voyvoda, 38-öz qapısına. Sanço, 4; 45+1 – Berişa, 1; 49. Muriqi, 55-pen.

 

B qrupu

Lüksemburq – Serbiya 1:3
Qol: Turpel, 66 – Mitroviç, 36; 78. Radonyiç, 55.

 

Litva – Portuqaliya 1:5
Qol: Andriuskeviçyus, 28 – Ronaldo, 7-pen; 65; 76. Setkus, 62-öz qapısına. Karvalyo, 90+2.

H qrupu

Moldova – Türkiyə 0:4
Qol: C.Tosun, 37; 80. D.Türüç, 58. Y.Yazıçı, 88.

Fransa – Andorra 3:0
Qol: Koman, 18. Lanqle, 52. Ben Yedder, 90+1.

Albaniya – İslandiya 4:2
Qol: Dermaku, 32. Husay, 52. Roşi, 78. Çikalleşi, 83 – Siqurdsson, 47. Siqtorsson, 58.

Mənbə: qafqazinfo.az