Ronaldo bunu da bacardı

Ronaldo bunu da bacardı

Avro-2020-nin seçmə mərhələsində Litva ilə görüşdə (5:1) poker edən Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Faktor.az xəbər verir ki, 34 yaşlı hücumçu Avropa çempionatlarının seçmə mərhələsində ən çox qol vuran futbolçu olub. Onun aktivində 25 qol var. Ronaldo bu göstəricidə İrlandiya millisinin sabiq üzvü Roy Kini qabaqlayıb. Veteran hücumçu 23 dəfə rəqib qapılara yol tapıb.

Xatırladaq ki, Ronaldo milli komandada ən çox qol vuran futbolçular arasında ikincidir. Aktivində 93 qol olan Kriştiano yalnız İran millisinin sabiq hücumçusu, Azərbaycan əsilli Əli Daeidən (109 qol) geri qalır.

Mənbə: faktor.az