Mahirdən atasına cavab: “Evin kupçasını göstərsin"

Mahirdən atasına cavab: “Evin kupçasını göstərsin"

Bu gün "Qarabağ” futbol klubunun oyunçusu Mahir Əmrəlinin yaşadığı evdə soyğunçuluq hadisəsi baş verib. Mahirin atası Anar Mədətov evin Mahirə aid olmadığını və 24 saat mühafizə olunduğunu deyib.

AZXEBER,COM məsələ ilə bağlı futbolçu ilə əlaqə saxlayıb. O məsələnin polis tərəfindən araşdırıldığını deyib: "Bu haqda danışmaq istəmirəm. Qaldı ev məsələsinə. Əgər ev ona məxsusdursa evin kupçasını göstərsin".

Qeyd edək ki, Mahir anası Elnurə ilə yolların ayıran Anar Mədətovun soyadından da imtina edib.

Nazim Qasımzadə

Mənbə: azxeber.com