İngiltərə çempionatında yeni rekord

İngiltərə çempionatında yeni rekord

İngiltərə Çempionşipində cari mövsümün başa çatmasına bir tur qalmış 97 xalla çempionluğu təmin edən “Lester Siti” komandası rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, “tülkülər” 8-ci dəfə aşağı liqanın qalibi olmaqla, daha əvvəl 7 dəfə bu uğuru qazanan “Mançester Siti”ni üstələyiblər.

Çempionşip tarixində “Norviç”, “Sanderlend” və “Şeffild Uensdey” isə hərəyə 5 dəfə çempionluq sevinci yaşayıblar.

Lester klubu 1 illik fasilədən sonra Premyer Liqaya vəsiqə qazanıb.

Mənbə: qafqazinfo.az