“Neftçi” və “Xırdalan” ikinci pley-off görüşünə çıxır

“Neftçi” və “Xırdalan” ikinci pley-off görüşünə çıxır

Bu gün Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Neftçi” və “Xırdalan” komandaları ikinci oyuna çıxacaqlar.

“Qafqazinfo” xəbər verir ki, 1/4 finalın ilk duelində “Xırdalan” rəqibini 80:75 hesabı ilə üstələyib.

“Ağ-qaralar” bu matçda da məğlub olarsa, mübarizəni dayandıracaq. Qələbə təqdirində isə üçüncü – sonuncu oyuna ehtiyac duyulacaq.
Matç 19:30-da başlayacaq.

Bu mərhələnin digər görüşündə ötən gün “Xəzri” klubu “Sərhədçi”yə qalib gəlib – 98:64.

Mənbə: qafqazinfo.az