Azarkeşləri iti ilə qorxudur? - FOTO

Azarkeşləri iti ilə qorxudur? - FOTO

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino maraqlı açıqlama verib.

Poçettino sosial mediadakı azarkeş narazılığına rəğmən real həyatda fərqli münasibət gördüyünü bildirib:

“Hər gün itimi Londonun müxtəlif yerlərində gəzdirəndə azarkeşlərin xoş münasibətini görürəm. Sosial mediada “hey, bunu etməlisən, bunu et” deyə bilərlər, amma reallıq əksinədir. Küçədə olanda insanlar mənə qarşı çox mehriban davranırlar. Sən də mənimlə rastlaşsan, aşiq olacaqsan. Xüsusilə itimlə birlikdə olanda.

Bir saat, bir saat yarım vaxtımı itimi gəzdirməyə sərf edirəm. Bəlkə də küçədəkilər itimdən qorxduqları üçün, mənimlə belə davranırlar. Onlar belə mürəkkəb layihə və proses üzərində işləməyi təqdir edir və bizə şans verirlər. Çünki futbolu bilən insanlar burada nə baş verdiyini bilirlər.

Onlar bizim öhdəliyimizi, özümüzü aparma tərzimizi və gəlməmişdən əvvəl qəbul edilmiş bütün qərarlara inanmağımızı və dəstəkləməyimizi yüksək qiymətləndirirlər. Biz bu səyahətin ortasındayıq. İstədiyimiz tək şey kömək etmək, bilik və təcrübəmizin daha da rəqabətədavamlı olmsıdır”.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə uğursuzluq yaşayan "Çelsi" yeni futbol ilində avrokuboklarda belə mübarizə aparmaya bilər. Komanda İngiltərə Premyer Liqasında 48 xalla 9-cudur. London klubu avrokubok zonasından 6 xal geri qalır.

Heybət

Mənbə: publika.az