"Bayern"də çalışmaqdan imtina etdi

"Bayern"də çalışmaqdan imtina etdi

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik “Bayern”i çalışdırmaqdan imtina edib.

Publika.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Daha əvvəl tərəflər arasında şifahi razılıq əldə olunsa da, almaniyalı mütəxəssis fikrindən daşınıb. 65 yaşlı çalışdırıcı 2022-ci ildən fəaliyyət göstərdiyi Avstriya yığmasındakı işini davam etdirəcək.

Qeyd edək ki, “Bayern”in hazırkı baş məşqçisi Tomas Tuxelin cari mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Heybət

Mənbə: publika.az