Birinci liqanı tərk edən komanda bəlli oldu

Birinci liqanı tərk edən komanda bəlli oldu

Azərbaycan 1-ci liqasını tərk edəcək komanda bəlli olub. “Qafqazinfo” xəbər verir ki, ötən gün 24-cü turda "Qaradağ Lökbatan"a uduzan (1:3) “Araz Saatlı”nın sonuncu olacağı rəsmiləşib.

Saatlı təmsilçisi sona 3 tur qalmış 10 xalla 10-cu pillədə qərarlaşıb. 9-cu pillədəki “Difai Ağsu”nun isə 20 xalı var.

Dünən “İrəvan”a uduzan (1:3) MOİK-in isə çempionluq şansı bitib. Hazırda ordu klubunun 42, lider "Qaradağ Lökbatan"ın isə 52 xalı var. Mövsümün sonuna 3 tur qalmış “Qaradağ Lökbatan”ın çempionluq yolundakı əsas rəqibi “Şamaxı”dır. Bu komandalar mayın 16-da 26-cı turun oyununda üz-üzə gələcəklər. Ötən mövsüm Premyer Liqanı tərk edən “Şamaxı” hazırda 48 xalla 2-ci sıradadır.

3-cü pillədə qərarlaşan “İmişli”nin isə aktivində 46 xalı var.

Xatırladaq ki, reqlamentə görə 1-ci liqanın qalibi yeni mövsümdən Premyer Liqada, yarışın sonuncusu isə 2-ci liqada mübarizə aparmalıdır.

Mənbə: qafqazinfo.az