“Qarabağ” Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzatdı

“Qarabağ” Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzatdı

"Qarabağ" klubu müdafiəçi Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 27 yaşlı futbolçu ilə anlaşmanın müddəti daha 3 il artırılıb. O, 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.

Qeyd edək ki, Mustafazadə 2021-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.

Mənbə: yenisabah.az