Gələn il keçiriləcək Britaniya Qran Prisinin tarixi açıqlanıb

Gələn il keçiriləcək Britaniya Qran Prisinin tarixi açıqlanıb

Ötən ay Liberty Media Britaniya Qran Prisinin 2024-cü ilə qədər uzadılması barədə mətbuata rəsmi məlumat vermişdi. 2020-ci ildə isə, yarışın 17-19 iyulda keçirilməsi nəzərdə tutulur. Hətta, biletlərin artıq satışa çıxarıldığı da deyilir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, "Britaniya Qran Prisi hər il daha çox marağa səbəb olur, növbəti ildə istisna deyil. Yarışları maraqlı edəcək daha bir səbəb isə, gələn il Formula 1-in 70 illiyini qeyd etməyimizdir. Bunun üçün xüsusi hazırlaşırıq, F1 sevənləri 2020-ci ildə Silverstounda sürprizlər gözləyir

Mən bütün avtoidman həvəskarlarını bacardıqca daha tez bilet almağa, Britaniyanın əsas idman hadisəsinə şahid olmağa dəvət edirəm. Yarışın yüksək səviyyədə keçiriləcəyindən və hələ uzun müddət yaddaşlarda qalacağından şübhəm yoxdur",- deyə Britaniya Qran Prisinin başçısı, Stüart Prinql bildirib.

Milli.Az

Mənbə: news.milli.az