Məşhur futbolçu Brazilyadakı daşqınlarda 100 nəfəri xilas etdi

Məşhur futbolçu Brazilyadakı daşqınlarda 100 nəfəri xilas etdi

“Qremio”nun futbolçusu Dieqo Kosta Braziliyanın cənubunda baş vermiş dağıdıcı daşqınlarda 100 nəfərin xilas olunmasına kömək edib.

35 yaşlı futbolçu daşqınlar zamanı sıxışan insanları təhlükəsiz yerə çatdırmaq üçün cip və jetskidən yararlanıb. O, xilasetmə işlərinə dostlarını da cəlb edib.

Qeyd edək ki, Dieqo Kosta daha öncə “Atletiko” və “Çelsi” kimi klublarda çıxış edib.

Mənbə: qafqazinfo.az