AFFA tərəfindən cərimələnən "Kəpəz" apellyasiya şikayəti verməyəcək

AFFA tərəfindən cərimələnən "Kəpəz" apellyasiya şikayəti verməyəcək

AFFA İntizam Komitəsi tərəfindən müxtəlif qayda pozuntularına görə 8500 manat cərimələnən "Kəpəz" klubu apellyasiya şikayəti verməyəcək.

Bu barədə "Report"a klubdan məlumat verilib.

Oyunda baş verənlərlə bağlı baş məşqçi futbolçularla profilaktik sohbət edəcək. Həmçinin klubdaxili kodeksə uyğun qərarlar qəbul olunacaq.

Qeyd edək ki, İntizam Komitəsi Gəncə klubunu Azərbaycan Premyer Liqasının XXXIII turunda "Sumqayıt"la matçdakı qayda pozuntularına görə cəzalandırıb.

"Sarı-göylər"in heyətində Olavale Onanuqa 2-si şərti olmaqla 4, Martins Junior isə 4 oyunluq diskvalifikasiya edilib. "Kəpəz" azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı və tərəfdarları hakimləri kütləvi şəkildə təhqir edildiyi üçün də cərimələnib.

Mənbə: report.az