Görün Bekhem çimərlikdə nə oyun çıxardıb - VİDEO

Görün Bekhem çimərlikdə nə oyun çıxardıb - VİDEO

2011-ci ildə o vaxt “Los-Anceles Qalaksi”də planetin ən yüksək maaş alan futbolçusu kimi çıxış edən əfsanəvi Devid Bekhem media məkanını qəfildən partladıb.

Publika.az xəbər verir ki, “Mançester Yunayted”in və “Real Madrid”in keçmiş yarımmüdafiəçisi “Diet Pepsi” reklam çarxını çəkərkən operatorun çağırışını qəbul edib və məharətlə üç futbol topunu ard-arda üç fərqli zibil qutusuna atıb.

Bir neçə gün ərzində video internetdə iki milyondan çox baxış toplayıb. Lakin bir çox istifadəçi gözlərinə inanmayıb və videonun yüksək texnologiyalı montajdan açıq şəkildə keçdiyini düşünüb.

Lakin sonradan bütün bu şayiələr Bekhemin özü tərəfindən təkzib edildi – jurnalistlər bunların real kadrlar olub-olmadığını soruşduqda, Devid cavab verdi: “Əlbəttə realdır. Beş-altı saat çimərlikdə vaxt keçirdim, buna görə də məşq etməyə çox vaxtım oldu”.

Mənbə: publika.az