Mahir Emreli Xorvatiya çempionu oldu

Mahir Emreli Xorvatiya çempionu oldu

Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Xorvatiya çempionu olub.

Bizim.Media xəbər verir ki, o, Zaqreb “Dinamo”sunun heyətində bu uğura imza atıb. Mahirin komandası 34-cü turda ən yaxın izləyicisi “Osiyek”i məğlub edərək (1:0), Xorvatiya çempionluğunu rəsmiləşdirib.

“Dinamo” sona 2 tur qalmış ən yaxın izləyicisini 7 xal qabaqlayıb. Zədədən dönən Emrelinin adı iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmayıb. Zaqreb klubu tarixində 35-ci dəfə Xorvatiya çempionu olub.
Qeyd edək ki, Mahir 2023/2024 mövsümündə Xorvatiya çempionatında 12 oyunda forma geyinib. Azərbaycanlı hücumçu bu görüşlərdə 4 qol vurub, 3 ötürmə edib.

Mənbə: bizim.media