Premyer Liqa: "Sumqayıt" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Sumqayıt" "Sabah"ı məğlub edib

© Foto: "Report"

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

"Report" xəbər verir ki, həftənin açılış matçında "Sumqayıt" "Sabah"ı qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Oyundakı yeganə qolu 34-cü dəqiqədə Sərtan Taşkın vurub. Qarşılaşmanın 77-ci dəqiqəsində "Sumqayıt" azlıqda qalıb. Mehdi Şərifi ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Bu qələbədən sonra xalını 6-ya çatdıran "Sumqayıt" "Keşlə" ilə 4-5-ci pillələri bölüşür. "Sabah" isə 2 xalla sonuncu yerdədir.

Qeyd edək ki, günün digər oyununda "Səbail" "Qəbələ"ni qəbul edəcək. Tura sabah baş tutacaq "Neftçi" - "Keşlə" və "Zirə" - Qarabağ" matçları ilə yekun vurulacaq.

Mənbə: report.az