"Sumqayıt"ın baş məşqçisi: "Bu gün həm rəqiblə, həm də küləklə mübarizə apardıq"

"Sumqayıt"ın baş məşqçisi: "Bu gün həm rəqiblə, həm də küləklə mübarizə apardıq"

© Foto: "Report"

"Azarkeşlərə təşəkkür edirəm. Belə havada bizi tək buraxmadılar. Komandanı ruhlandırdılar. Önəmli həftə idi. Futbolçulara da təşəkkür edirəm".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçi Ayxan Abbasov Premyer Liqanın V turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.

Otuz səkkiz yaşlı mütəxəssis bildirib ki, son turlarda hakim səhvləri ilə üzləşiblər: "Bu gün hər şey başqa cür də ola bilər. Ancaq futbolçuların gözündəki inamı gördüm. Elə komandayıq ki, bizim üçün çətin olacaq. Gənclər arasında seçim edirik. Söz vermişəm ki, "Sumqayıt" əzmkar komanda olacaq.

Sumqayıtda küləyə öyrəşmişik. Əvvəlki küləkli havalarda ikinci hissədə qol buraxmışdıq. Ancaq bu dəfə fasilədən sonra 4-5 qol epizodu yaratdıq. Bu gün həm rəqiblə, həm də küləklə mübarizə apardıq".

Mənbə: report.az