“Sumqayıt” “Sabah”ı məğlub etdi

“Sumqayıt” “Sabah”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Azvision.az xəbər verir ki, günün açılış matçında "Sumqayıt" klubu "Sabah"ı qəbul edib.

"Kapital Bank Arena"da keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsilə yekunlaşıb. Matçdakı yeganə qolu 34-cü dəqiqədə Sərtan Taşkın vurub.

Mənbə: azvision.az