Həyatını itirən fenomeni "Fənərbaxça" futbolçuları yad etdi - Foto

Həyatını itirən fenomeni "Fənərbaxça" futbolçuları yad etdi - Foto

Hazırda davam edən "Fənərbaxça" - "Ankaragücü" matçında "sarı-lacivərt" ibrətamiz addımla yadda qalıb.

"Yeni Sabah" xəbər verir ki, uzun müddət davam edən xərçəng xəstəliyindən sonra bu gün həyatını itirən Neslican Tay görüşdə 1 dəqiqəlik sükutla anılıb. Məşhur fenomenin anımı üçün futbolçular tərəfindən pankart da açılıb.

Qeyd edək ki, N.Tay "Fənərbaxça" azarkeşi olub. O, 2 il bu xəstəliklə mübarizə aparıb və "İnstagram"da ümidverici videolar paylaşmaqla çoxlarının idealına çevirilib.

 

Mənbə: yenisabah.az