Ali Koçla “Qalatasaray”rəsmiləri arasında gərginlik - “Kişisənsə, gəl” - VİDEO

Ali Koçla “Qalatasaray”rəsmiləri arasında gərginlik - “Kişisənsə, gəl” -

Ötən gün keçirilən “Qalatasaray” – “Fənərbaxça” oyunundan sonra qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, matç bitdikdən sonra qonaqların prezidenti Ali Koç və digər nümayəndələr “Rams Park” stadionuna geri dönərək qələbəni qeyd etmək istəyib.

Stadionun mühafizə işçiləri əvvəlcə buna icazə verməyiblər. Sonradan “Fənərbaxça” heyəti arenaya buraxılsa da, işıqlar söndürülüb.

“Sari lacivərtlilər”in futbolçuları Mərt Hakan Yandaş və İfran Can Əğribayat meydançada klublarının bayrağını açıblar.

Buna isə “Qalatasaray” tərəfi müdaxilə edib. Tərəflər arasında gərginlik yaşanıb. “Fənərbaxça”nın prezidenti Ali Koç və “Qalatasaray”ın baş katibi Eray Yazqan da baş verənlərə görə mübahisə ediblər.

Bildirilir ki, stadionun rəhbəri Ali Çelikkıran və “Qalatasaray”ın prezidenti Dursun Özbekin sürücüsü də döyülüb.

“Cim-Bom”un vitse-prezidenti Erden Timur gərginliyi aradan qaldırıb və tərəfləri sakitləşdirib.

“Sarı-qırmızılılar”ın prezidenti Dursun Özbek isə baş verənləri belə şərh edib:

“Ali Koç bizim klubun rəsmisi Eray Yazqana deyib ki, buradan çıxmasan, döyüləcəksən. Matçdan sonar stadionu tərk etmişdim. Baş verən hadisələri eşidəndə geri qayıtdım. Ali Koçun stadionumuza girib işçilərimizi döyməyi, ağıza alınmayacaq söyüşlər söyməyi qəbul ediləcək biləcək bir şey deyil. Sözdə polislər bizi mühafizə edirdi. Amma Koç bu cəsarəti hardan tapır? Çempionat başlayandan arenalarda zor tətbiq edirsiz, bu cəsarəti hardan tapırsız? Türkiyə Daxili İşlər Nazirliyinə səslənirəm. Polislər niyə insanları qorumur? Ali Koçun meydançaya çıxmaqda məqsədi nə idi? Hər şey porvaksiyadır. Bu vandallığı qəbul edə bilmirik. Ali Koça burden deyirəm ki, kişisənsə yanıma gəl. Hünərin çatırsa, gəl səni gözləyirəm”.

Mənbə: qafqazinfo.az