"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.
O, müqavilənin uzadılması ilə bağlı jurnalistlərin sualını cavablandırkən gözlənilməz fikirlər səsləndirib:
"Reallıq budur ki, indi getməyə daha yaxınam. Artıq klubla danışmışam və onlara hələlik qalacağımı demişəm. Gələn mövsüm burada olacağam? Sonra danışarıq. Mən 8-9 ildir ki, buradayam... Görək nə baş verir”.
Qeyd edək ki, bu mövsüm Pep "Siti" ilə ardıcıl 4-cü Premyer Liqa çempionluğunu qazanıb.
Mənbə: publika.az