"Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib

"Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib

"Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report" Hollandiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Françesko Farioli bundan sonra Amsterdam klubunu çalışdıracaq.

35 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, italiyalı məşqçinin sonuncu iş yeri Fransa təmsilçisi "Nitsa" olub. O, daha əvvəl Türkiyənin "Alanyaspor" və "Fatih Karagümrük" klublarında da çalışıb.

Mənbə: report.az