Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu oyununa start verilib.
APA xəbər verir ki, XXXVI turun son oyununda “Araz-Naxçıvan” “Qarabağ” komandası ilə qarşılaşıb.
Oyun 2:2 hesabı ilə başa çatıb.
“Köhlən atlar” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün çempionu olub.
Ağdam təmsilçisi tarixində 11-ci dəfə Azərbaycan çempionatını qazanıb.
“Zirə” cari mövsümü 2-ci, “Sabah” 3-cü, “Sumqayıt” komandası isə 4-cü yerdə başa vurub.
Mənbə: apa.az