“Avropa çempionu kimi qayıtmaq istəyirik” - Millimizin kapitanı

“Avropa çempionu kimi qayıtmaq istəyirik” - Millimizin kapitanı

“Məqsədimiz maksimum nəticə əldə etməkdir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan minifutbol millisinin kapitanı Seymur Məmmədov yığmanın açıq məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandada ab-havanın yaxşı olduğunu bildirib: “Təlim-məşq toplanışı yüksək səviyyədə keçir. Məşqçilərimiz hər detalların üzərində işləyirlər. Avropa çempionatına hazırıq. Biz son Avropa çempionu kimi bu turnirə qatılırıq. Məqsədimiz maksimum nəticə əldə etməkdir. Avropa çempionu kimi Azərbaycana qayıtmaq istəyirik”.

Qeyd edək ki, millimiz iyunun 1-dən 8-ə kimi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.

Mənbə: qafqazinfo.az