Amerika kubokunda qorxulu anlar: Hakim oyun vaxtı huşunu itirdi - VİDEO

Amerika kubokunda qorxulu anlar: Hakim oyun vaxtı huşunu itirdi - VİDEO

Amerika kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilən Peru - Kanada matçında (0:1) xoşagəlməz hadisə yaşanıb.

Birinci hissənin son anlarında qvatemalalı yan xətt hakimi Humberto Panxoy huşunu itirərək yerə yıxılıb. Humbertonun imdadına ilk olaraq Kanada millisinin qapıçısı Maksim Serepu çatıb. Qolkiper dərhal həkimləri meydana çağırıb.

Ədalət təmsilçisinə ilkin tibbi yardım göstərildikdən sonra xərəkdə meydandan çıxarılıb. İlkin məlumata görə, hakim günvurmadan bu hala düşüb.

Heybət

Scary moment in the Peru/Canada game with the linesman passing out from the heat. Canadian goalkeeper Max Crepeau first to notice and runs over. Crepeau is saving everything and everyone out there on the pitch#canmnt#CopaAmèrica

pic.twitter.com/YnMEmcNYZw

— RGF (@rgfray1) June 26, 2024

Mənbə: publika.az