Çüdoçularımız AÇ-də 1 qızıl və 1 bürünc medal qazandı

Çüdoçularımız AÇ-də 1 qızıl və 1 bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc medal qazanıb.

İlk yarış günündə qızlar və oğlanlar arasında 6 çəki dərəcəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-50 kq. çəkidə Bahadır Feyzullayev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu titulunu qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Məhəmmədəli Hüsiyev bürünc medal əldə edib.

-60 kq. çəkidə Nihad Rəhimov və -48 kq. çəkidə Diana Eldarova yarışı 5-ci yerdə tamamlayıb.

Mənbə: qafqazinfo.az