Açılışı qadınlar etdi - VİDEO

Həndbol üzrə növbəti Azərbaycan çempionatı start götürüb. 27-ci dəfə reallaşan yarışda 8 komanda mübarizə aparır. Onlardan 4-ü qadınların, 4-ü isə kişilərin turnirində mükafatlara iddia edir.

İlk olaraq zəriflər çempionata başlayıblar. İlk turda 2 matç oynanılıb. “Azəryol” kollektivi “Azərsu”nu 29-18 hesabı ilə üstələyib. “Qarabağ” komandası isə “İdman Akademiyası”ndan güclü olub, 35-21. İkinci turda “Azəryol”la, “Qarabağ”, “İdman Akademiyası” ilə “Azərsu” üz-üzə gələcək.

4 komanda bir qədər azdır. Gənc kollektivlər var. Taktiki cəhətdən və müdafiə oyununu gücləndirməlidirlər. Bunun üçün isə daha çox matç keçirmək lazımdır. Həm ölkə daxilində, həm də xaricdə. Çünki öz aralarında nə qədər oynasalar da, bir-birilərini yaxşı tanıyırlar, nəyə qadir olduqlarına bələddirlər. Ona görə də beynəlxalq oyunlara daha çox çıxmalıdırlar. O zaman təcrübələri də artacaq.

Həftəsonu start götürəcək kişilərin yarışında “Məhsul”, “Bakı”, “Təhsil” və “U-18” kollektivi baş mükafata iddialıdır. Ayın 12-nə təsafüd edəcək 1-ci oyun günündə “Təhsil” “Məhsul”la, “Bakı” isə “U-18”lə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, həndbol üzrə Azərbaycan çempionatının matçları “ABU Arena”da təşkil olunacaq.

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda küçədə kişi meyiti tapılıb

SONRAKI XƏBƏR

Sumqayıtda maşın bazarında avtomobillərin son qiymətləri - VİDEO