Millimiz avtoqolla məğlub oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, millimiz Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Çexiyanın Frydek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən görüşdə hesabı qonaqlar açıb. 6-cı dəqiqədə millimizin üzvü Elnur İbrahimov topu öz qapısına göndərib. Oyun elə bu hesabla da başa çatıb.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Prezident Əliyevlə açıq dialoqlarda məcburi köçkünlərin dövlət başçısına münasibətlərinin əsas təzahür əlamətləri...

SONRAKI XƏBƏR

Ölkəmiz üçün “Afrika taunu” təhlükəsi varmı? - Nəqliyyat vasitələri sərhəddə dezinfeksiya olunur