Bakıda xüsusi olimpiyaçıların cüdo yarışı keçiriləcək

Bakıda xüsusi olimpiyaçıların cüdo yarışı keçiriləcək

Bakı, 9 oktyabr, AZƏRTAC

Bakıda xüsusi olimpiyaçıların cüdo üzrə növbəti respublika yarışı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, kişilər arasında təşkil ediləcək turnirdə 60-66, 66-73, 73-81, 81-90, 90-100 kiloqram və 100 kiloqramdan yuxarı çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək.

Yarışda yer tutan cüdoçular Xüsusi Olimpiya Komitəsi tərəfindən mükafatlandırılacaqlar.

Mənbə: azertag.az