Son 10 ildə yarım milyon İtaliya vətəndaşı ölkəni tərk edib

Son 10 ildə yarım milyon İtaliya vətəndaşı ölkəni tərk edib

Roma, 10 oktyabr, AZƏRTAC

Son 10 ildə yarım milyonadək İtaliya vətəndaşı ölkəni tərk edib. Onlardan yarısının 15-34 yaş aralığında olduğu bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ölkənin “Leone Moressa” təhsil fondunun təqdim etdiyi hesabatda yer alıb.

250 min gənc vətəndaşın ölkəni tərk etməsindən iqtisadiyyata 16 milyard avro ziyan dəydiyi qeyd edilir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Mənbə: azertag.az