Lionel Messi "Barselona"nın "Twitter" səhifəsində karyerasının ən yaxşı qolunu seçib.
BAKU.WS xəbər verir ki, ulduz futbolçu 2009-cu ildə Romada keçirilən Çempionlar Liqasının final qarşılaşmasında başla vurduğu qolu ən yaxşı hesab edib.
Qeyd edək ki, həlledici matçda katalonlar "Mançester Yunaytedi" 2:0 hesabı ilə məğlub etmişdilər.
BAKU.WS
Mənbə: baku.ws