“Zirə”dən yeni transfer

“Zirə”dən yeni transfer

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Bakı təmsilçisi Norveçin “Jerv” klubundan Ange Mutsinzini transfer edib.

Ruandalı müdafiəçiylə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ruanda millisinin də şərəfini qoruyan futbolçu millidə 16 matça çıxıb.

Mənbə: qafqazinfo.az