"Qalatasaray" məşhur futbolçunu transfer etdi

"Qalatasaray" məşhur futbolçunu transfer etdi

Türkiyənin "Qalatasaray" komandası Mişi Batşuayi transfer edib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

30 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 2021/2022 mövsümündə icarə əsasında "Beşiktaş"ın formasını geyinən oyunçu 2022-ci ildən "Fənərbağça"nın üzvü olub.

Mənbə: axar.az