Milli komandaların oyunları əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı "Keşlə" yoxlama görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi I divizion təmsilçisi ilə qarşılaşacaq.
Belə ki, bakılılar "Qaradağ Lökbatan"la oyunda qüvvəsini sınayacaq. Görüş oktyabrın 12-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.
Qeyd edək ki, "Keşlə" Premyer Liqanın ilk dövrəsindən sonra 11 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.Az
Mənbə: fanat.az