Azarkeşdən Ronaldoya - “Bu gecə fanatın deyiləm”

Azarkeşdən Ronaldoya - “Bu gecə fanatın deyiləm”

Ötən gün AÇ 2024-ün 1/8 finalında Portuqaliya ilə Sloveniya arasında keçirilmiş görüşdə (3-0) azarkeşlərdən biri üstündə maraqlı yazı olan forma göstərib.

Həmin formanın üzərində Ronaldoya aid bu sözlər yazılıb:

“K. Ronaldo, mən 20 ildən çoxdur ki, sənin ən böyük fanatınam, amma bu gecə yox”.

Azarkeşin bunu etməsinə səbəb isə Ronaldonu Portuqaliya millisində görmək istəməməsi olub. Belə ki, portuqaliyalı azarkeş K. Ronaldonun artıq yığmaya ziyan vurduğu qənaətinə gəlib.

Qeyd edək ki, Portuqaliya penaltilər seriyasında 3:0 hesablı qələbə ilə 1/4 finala adlayıb.

Mənbə: qafqazinfo.az