“Beşiktaş”da prezident postuna namizədlərin adları açıqlanıb

“Beşiktaş”da prezident postuna namizədlərin adları açıqlanıb

Türkiyənin “Beşiktaş” klubunun prezidenti postuna namizədlərin siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, İstanbul təmsilçisinin rəhbəri olmağa Ahmet Nur Çebi, Serdal Adalı, Hürser Tekinoktay və İsmail Ünal iddia edir.

Namizədlər seçkilərə qatılmaq üçün lazım olan bütün sənədləri hazırlayıblar. Bunun üçün ayrılmış vaxt bu gün başa çatacaq.

“Ağ-qaralar”ın yeni prezidenti bu ay baş tutacaq seçkilərdə bəlli olacaq. Növbədənkənar Seçki Konfransı oktyabrın 13-də baş tutacaq, namizədlərdən hansısa səs üstünlüyü qazanmasa, bir həftə sonra keçiriləcək.

Qeyd edək ki, “Beşiktaş”ın son prezidenti Fikrət Orman sentyabrda istefa verib.

Mənbə: apa.az