"Arsenal" Kökcünü istəyir

"Arsenal" Kökcünü istəyir

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Press.az “Daily Mail”ə istinadən xəbər verir ki, London klubu “Feyenord”un hücumçusu Orkun Kökcünü transfer etməyi planlaşdırır. 18 yaşlı hücumçunun qiymətinin 20 milyon avro olduğu bildirilir.

O.Kökcü ilə “Çelsi”, “Totenhem”, “Fənərbaxça” və “Beşiktaş”ın da maraqlandığı iddia olunur.

Qeyd edək ki, O. Kökçü 21 yaşlılardan ibarət Türkiyə millisinin üzvüdür. Onun qardaşı Ozan Can Kökcü isə U-21 millimizdə oynayır.

Mənbə: press.az