Türkiyədən möhtəşəm qələbə: 1/4 finala yüksəldi!

Türkiyədən möhtəşəm qələbə: 1/4 finala yüksəldi!

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Avstriya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb.

Komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Mərt Günok, Mert Müldür, Merih Dəmiral, İsmayıl Yüksək, Ferdi Kadıoğlu, Abdulkərim Bardakçı, Orkun Kökçü, Kaan Ayhan, Arda Gülər, Kenan Yıldız, Barış Alpər Yılmaz

Baş məşqçi: Vinçentso Montella.

Avstriya: Pents, Danso, Poş, Seivold, Arnautoviç, Sabitser, Şmid, Laimer, Baumqartner, Lienhart, Mvene

Baş məşqçi: Ralf Ranqnik.

***

Avstriya - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Merih Dəmiral matçın 1-ci dəqiqəsində hesabı açdı: 0-1.

***

İkinci hissə start götürdü.

***

Merih Dəmiral özünün və komandasının 60-cı dəqiqədə ikinci qoluna imza atdı: 0-2.

***

Qriqoriç 66-cı dəqiqədə Avstriyanın ilk qolunu vurdu: 1-2.

***

Türkiyə Avstriyanı 2-1 məğlub edərək 1/4 finala yüksəldi. Bu mərhələdə Türkiyə millisinin rəqibi Niderland seçməsidir.

Mənbə: axar.az