İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile A seriyasının rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard çempionatın 25 turundan sonra 27 qol vurmağı bacaran ikinci oyunçu olub.
1958/59 mövsümündə 25 tura 27 qol vuran Antonio Ancelillonun rekordu 61 ildən sonra təkrarlanıb. Argentinalı buna “İnter”in heyətində nail olub. Çiro hazırda A seriyasının bombardirlər yarışının lideridir.
Qeyd edək ki, İmmobile 27-ci qolunu “Latsio”nun bu gün “Cenoa”ya qarşı keçirdiyi matçda vurub. Romalılar səfər oyununda 3:2 hesablı qələbə qazanıblar.
Mənbə: apa.az