Hakim qolumuzu saymadı, millimiz səfərdən məğlub dönür - VİDEO

Hakim qolumuzu saymadı, millimiz səfərdən məğlub dönür - VİDEO

Millimiz AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarıstan yığması ilə qarşılaşıb.  

Oxu.Az xəbər verir ki, oyun meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.  

Yığmamız ilk hissəni Korhutun 10-cu dəqiqəsində vurduğu qolla 0:1 hesabı ilə geridə bitirmişdi.  

İkici hissənin son dəqiqəsində millimiz rəqib qapısından qol keçirsə də, hakim haqsız olaraq əllə oyuna qərar verərək, qolu qeydə almayıb. 

Bununla da yığmamız səfərdən 0:1 hesablı məğlubiyyətlə dönür. 

Mənbə: oxu.az