Macarıstanlı futbolçu: "Əhəmiyyətli olan qalib gəlməyimizdir"

Macarıstanlı futbolçu: "Əhəmiyyətli olan qalib gəlməyimizdir"

“Əhəmiyyətli olan qalib gəlməyimizdir. Dönən topları çox xoşlayıram, qol vurduğum üçün xoşbəxtəm”.

“Report” xəbər verir ki, bunu Macarıstan yığmasının futbolçusu Mixay Korhut AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində evdə Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etdikləri oyun haqda danışarkən deyib.

Matçın 10-cu dəqiqəsində uzaq məsafədən vurduğu qolla komandasına qələbə qazandıran 30 yaşı müdafiəçi ilk yarıda üstün oynadıqlarını söyləyib: “Sonda isə imkan verməməli olduğumuz şeylər baş verdi. Azərbaycan hətta qol da vurdu. Yekunda qələbə qazandığımız üçün sevinirəm”.

Oyunun 77-ci dəqiqəsində sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Korhut Uelsə görüşü buraxacaq. O, epizodu belə şərh edib: “Orada sarı vərəqlik bir şey olduğunu düşünmürəm. Çalışdırdım ki, xəbərdarlıq almayım. Çünki belə olan halda növbəti oyunu buraxacağımı biilirdim. Ancaq bunu qəbul etməliyəm. Hakimin qərarıdır, heç nə edə bilmərik. Splitdə Xorvatiyaya 0:3 hesabı ilə uduzdandan sonra ayağa qalxmağı bacardıq”.

Qeyd edək ki, oyunun baş hakimi Dennis Higler 90+4-cü dəqiqədə Bəhlul Mustafazadənin təmiz qolunu saymayıb. Hollandiyalı referi qarşılaşmadan sonra səhvinə görə üzr istəyib.

Mənbə: report.az