Azərbaycan millisi I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb

Azərbaycan millisi I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb

Azərbaycan milli komandası Qətərdə keçirilən I Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb.

“Report” xəbər verir ki, 3-cü yarış günündə qadınlar arasında aquatrilon idman növündə fərdi çıxış edən çıxış edən Kseniya Levkovska 30:03 nəticə ilə gümüş medal götürüb. Birinci yeri ispaniyalı Tous Franciska (29:38) tutub. Bürünc medala isə Rumıniyanı təmsil edən Manak Antoanela (30:17) layiq görülüb.

Eyni idman növündə kişilər arasında çıxış edən Rostislav Pevtsov bürünc medalı 26:43 nəticə ilə əldə edib. Həmin yarışda qızıl medalı ispaniyalı Kevin Vinuela (26:22), gümüş medalı isə Macarıstan təmsilcisi Devay Mark (26:29) qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 16-dək davam edəcək I Dünya Çimərlik Oyunlarına 7 idmançı ilə qatılıb. Əldə edilən gümüş və bürünc komandanın ilk medalları olub.

Mənbə: report.az