İspaniya Futbolçular Assosiasiyası və ölkə çempionatını keçirən qurum mövsümü bərpa etməkdə qərarlıdır.
"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, məsələnin həlli üçün 3 variant nəzərdən keçirilir.
Hadisələrin ən yaxşı inkişafı təqdirində çempionat mayın ortalarında oynanılmağa davam edəcək və iyulda yekunlaşacaq.
İkinci variant mövsümün yayda davam etdirilməsi və avqust-sentyabrda başa çatdırılmasıdır.
Koronavirus pandemiyası operativ aradan qaldırılmasa, çempionat sentyabrda bərpa oluna bilər. Bu zaman növbəti mövsümü yeni tarixlərə keçirmək lazım gələcək.
Çempionatlar martın 12-də dayandırılıb.
Hazırda İspaniyada 64 mindən çox koronavirus xəstəsi qeydə alınıb. Onlardan 4 858 nəfəri dünyasını dəyişib. Ölkədə gücləndirilmiş rejim hökm sürür. Bu, sakinlərin ölkə daxilində, vacib hallar olmasa, yerdəyişmələrinə məhdudiyyətləri nəzərdə tutur.
Mənbə: report.az