Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir futbolçunun keçidini həll etmək istəyir.
Bizim.Media xəbər verir ki, söhbət “Beşiktaş”ın futbolçusu Aydın Hasiçdən gedir. “Ağ qaralar” Bosniya əsilli futbolçunu icarəyə götürmək üçün İstanbul klubu ilə danışıq aparır.
Bu məsələ yaxın günlərdə həllini tapmalıdır.
Qeyd edək ki, 2020-ci ildən “Beşiktaş”a keçən yarımmüdafiəçi müxtəlif klublarda icarədə olub. Son mövsümü isə Bosniya və Hersoqovinanın “Sarayevo” klubunda keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media
Mənbə: bizim.media