Çiçarito: "Qarabağ"a vurduğum qola bir neçə ay öncədən hazırlaşmışdım"

Çiçarito: "Qarabağ"a vurduğum qola bir neçə ay öncədən hazırlaşmışdım"

İspaniyanın “Sevilya” klubunun futbolçusu Xavyer Hernandes UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”ı Bakıda 3:0 hesabı ilə məğlub etdikləri oyunda vurduğu qolu şərh edib.

“Report” “Radio Formula”ya istinadən xəbər verir ki, matçın 62-ci dəqiqəsində cərimə zərbəsindən hesabı açan 31 yaşlı meksikalı forvard bunun üçün xüsusi hazırlaşdığını vurğulayıb. “Çiçarito” ləqəbli hücumçu yeni komandasında vurduğu qola görə təəccüblənmədiyini bildirib: “Cərimə zərbələri üzərində işləməyə bir neçə ay öncə, “Vest Hem”də çıxış etdiyim son dönəmlərdə başlamışdım. Bu, qəribə və maraqlıdır. Bəlkə də, buna gec başladım, amma nə etmək olar?”

Qeyd edək ki, “Qarabağ” noybarın 28-də V tur çərçivəsində “Sevilya”nın qonağı olacaq.

Mənbə: report.az