Millimizin məşqçiləri arasında qalmaqal - “Onun vicdanına buraxıram”

Millimizin məşqçiləri arasında qalmaqal - “Onun vicdanına buraxıram”

U-19 üzrə milli komandamızın baş məşqçisi Samir Əliyev 21 yaşlılardan ibarət yığmamızın çalışdırcısı Milan Obradoviçin ünvanına sərt sözlər səsləndirib.

“Qafqazinfo” “Futbol+”a istinadən xəbər verir ki, Əliyev serbiyalını komandasından futbolçu götürüb oynatmamaqda günahlandırıb:

“Oyunu Səbuhi Abdullazadənin üzərində qururuq. Seçmə mərhələdən əvvəl Obradoviç Səbuhiyə ehtiyac duyduğunu, ona əsas heyət üzvü kimi baxdığını dedi. Təəssüf ki, Fransa və İsveçrə ilə oyunlarda Abdullazadənin xidmətindən çox az istifadə etdi. Vacib oyunlar ərəfəsində məndən oyunçu götürüb oynatmırsansa, bu artıq...Vallah, bilmirəm buna nə ad verim. Hər şeyi Milanın vicdanına buraxıram”.

Mənbə: qafqazinfo.az