"Barselona"nın baş məşqçisi Kike Setyen PSJ-nin hücumçusu Neymarın transferi barədə danışıb.
Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı "beIN Sports"a müsahibəsində Neymarın məşqçisi olmaq istədiyini bildirib:
"Təbii ki, Neymarın məşqçisi olmaq istəyərdim. Biz yüksək səviyyəli futbolçudan danışırıq.
Xoşbəxtlikdən, artıq xəyallarımdan birini reallaşdırmışam. Dünyanın ən yaxşı futbolçusu rəhbərliyim altında oynayır. Söhbət Messidən gedir.
Neymarın transferinin reallaşıb-reallaşmayacağını bilmək üçün gözləməkdən başqa seçimimiz yoxdu. Amma keçid alınsa, sevinərdim. Başqa cür ola da bilməz".
Fanat.Az
Mənbə: fanat.az