Millimizin üzvü oynadı, komandası məğlub oldu

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Futbol üzrə Estoniya çempionatında 3-cü turun oyunları start götürüb.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi "Narva Trans "Flora" ilə qarşılaşıb.

Matç 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Həmyerlimiz matçın 19-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 3 turdan sonra 1 xalla 9-cu pillədə qərarlaşıb.

Mənbə: offsideplus.az