Nazirliyin qərarına futbolçulardan etiraz

Nazirliyin qərarına futbolçulardan etiraz

İspaniyada koronavirusla mübarizədə irəliləyişlər qeydə alınıb.

Sport7.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi bəzi bölgələrdə azarkeşlərin də stadiona gələ biləcəyini açıqlayıb. Ancaq bu durum heç də bütün futbolçuları qane etməyib.

Futbolçular yalnız bütün bölgələrdə karantin ləğv edildikdən sonra azarkeşlərin stadiona buraxılmasını istəyirlər. Hazırda isə belə bir imkan olmadığından komandalar boş tribunalar önündə oynamaq məcburiyyətindədilər.

İspaniya çempionatı iyunun 11-də "Sevilya" - "Betis" qarşılaşması ilə bərpa olunacaq.

Mənbə: sport7.az