Çempionlar Liqası: "Leyptsiq" əzmkar, "Çelsi" minimal hesablı qələbə qazanıb

Çempionlar Liqası: "Leyptsiq" əzmkar, "Çelsi" minimal hesablı qələbə qazanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin daha 2 oyunu keçirilib.

"Report"un məlumatına görə, ötən mövsümün yarımfinalçısı "Ayaks" Hollandiyada Avropa Liqasının son qalibi olan İngiltərənin "Çelsi" komandasını qəbul edib. "Amsterdam Arena"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 86-cı dəqiqədə Mişi Batşuayi vurub. Bu qələbə sayəsində "Çelsi" xallarını 6-ya çatdıraraq, H qrupunda eyni xala malik "Ayaks"la şərikli lider olub.

"Leyptsiq" isə Almaniyada Rusiya "Zenit"i üzərində əzmkar qələbə qazanıb. Sankt-Peterburq təmsilçisi Yaroslav Rakitskinin 25-ci dəqiqədə vurduğu qolla ilk yarını öndə tamamlayıb. Fasilədən sonra isə meydan sahibləri 2 qol vurmağa müvəffəq olub.

49-cu dəqiqədə Konrad Laymer, 59-cu dəqiqədə isə Marsel Sabitser fərqlənib. Bununla da xallarını 6-ya çatdıran "Leyptsiq" liderliyə yüksəlib. 4 xala malik "Zenit" isə Fransa "Lion"u ilə 2-3-cü yerləri bölüşür. Tura saat 23:00-da başlanacaq 6 qarşılaşma ilə yekun vurulacaq.

Mənbə: report.az