Ronaldonun İnstaqram qazancı “Yuventus”dakı maaşını keçdi

Ronaldonun İnstaqram qazancı “Yuventus”dakı maaşını keçdi

Portuqaliyalı oyunçu Kriştiano Ronaldo 187 milyon izləyicisi olan İnstaqramdan gələn gəlirlə “Yuventus”dan qazancını üstələyib.

“Qafqazinfo” xəbər verir ki, social şəbəkə reklamlarından ildə 47,8 milyon dollar qazanan futbolçu Lionel Messi və Kayli Cenneri də qabaqlayıb. Ronaldonun “Yuventus”dan illik gəliri isə 34 milyon dollardır.

Qeyd edək ki, Ronaldo “Clear Haircare”, “Nike Football” və “Six Pad Europe” kimi nəhəng şirkətlərin reklamlarını edir. Şirkətlər Ronaldoya tək bir İnstaqram sponsorluğu üçün minimum 1 milyon dollar ödəyir.

Mənbə: qafqazinfo.az